"Moody's" beynəlxalq reytinq agentliyi ABŞ-ın suveren kredit reytinqini yenidən ən yüksək səviyyədə - sabit proqnozla "Aaa" səviyyəsində təsdiqləyib. Bu barədə agentlik məlumat yayıb.
Məlumatda deyilir ki, reytinqin sabit saxlanılması ABŞ iqtisadiyyatının davamlılığını əks etdirir.
Qeyd edək ki, "Fitch" və "Standard & Poor's" beynəlxalq reytinq agentlikləri ABŞ-ın kredit reytinqini sabit proqnozla müvafiq olara "AAA" və "AA+" səviyyələrində təsdiq edib.
Report.az