"Moody's" 5 İsrail bankının reytinqini aşağı salıb | Banco.az

"Moody's" 5 İsrail bankının reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” ötən həftə İsrailin kredit reytinqini aşağı saldıqdan sonra dünən də ölkə bankları ilə bağlı qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, kredit reytinq agentliyinin bəyanatında İsrailin beş bankının uzun və qısa müddətli depozit kredit reytinqinin aşağı salındığı, reytinq proqnozunun isə mənfi olduğu bildirilib.

Bəyanata görə, reytinqi aşağı salınan banklara “Bank Leumi Le-Israel”, “Bank Hapoalim”, “Mizrahi Tefahot Bank”, “Israel Discount Bankı” və İsrailin Birinci Beynəlxalq Bankı daxildir.

Qeyd olunub ki, reytinqin aşağı salınması “Moody's” tərəfindən 24 oktyabr 2023-cü il tarixində başlanmış baxışın nəticəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Moody's” fevralın 9-da İsrailin kredit reytinqini "A1"dən "A2"yə endirib və kredit reytinqinin proqnozunu mənfiyə dəyişib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram