Moldovanın “Qazprom”a olan borcu açıqlanıb | Banco.az

Moldovanın “Qazprom”a olan borcu açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Moldova-Rusiya enerji şirkəti “Moldovaqaz”ın Rusiyanın dövlət enerji şirkəti “Qazprom”a olan borcu açıqlanıb. Banco.az xəbər verir ki, borcun 590,8 milyon dollar səviyyəsində olduğu məlum olub.

Bu məbləğin böyük hissəsi yəni 394,1 milyon dolları 2011-2015-ci illər arasında Moldovada Avropaya inteqrasiya alyansı koalisiyasının yaratdığı hökumətlərin hakimiyyətdə olduğu dövrdə yaranıb. 144,8 milyon dollar 1990-2007-ci illərə təsadüf edir. Hazırkı hakimiyyətin dövründə Kişinyovun 2021-ci ilin dekabrında 37,3 milyon dollar borcu olduğu məlum olub. Daha 14 milyon dollar borc 1999-cu ilin birinci yarısında “Moldovaqaz” yaranana qədər formalaşıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Kişinyov və "Qazprom" respublikaya qaz tədarükü müqaviləsini beş il müddətinə uzadıblar. 

Noyabrın birinci yarısında “Moldovaqaz”ın rəhbəri Vadim Çebanın sözlərinə görə, şirkət 2022-ci ildə “Qazprom”un tədarükünün 99,3%-ni ödəyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram