Moldovada Azərbaycan kapitalı ilə 110-dan çox şirkət qeydiyyata alınıb.
Məlumata görə, bu barədə Invest Moldova agentliyinin direktoru Nataliya Bajan Azərbaycan-Moldova biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Moldovada xarici investorlar arasında 33-cü yeri tutur.
“2020-ci ildə yatırılan investisiyaların həcmi 4 milyon dollar, 2021-ci ildə 4,7 milyon dollar təşkil edib. 2023-cü ildə isə yatırımlar 5 milyon dollara çatıb,” – deyə o qeyd edib.