Müəllif:Ayşən İmanova/Banco.az
Moldova Parlamenti fəlakət riskinin idarə edilməsi və dayanıqlılıq layihəsinin həyata keçirilməsi üçün Dünya Bankından 40 milyon ABŞ dolları məbləğində 5 illik kredit ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
“Fövqəladə hallara cavab verən qurumların gücləndirilməsinə 29 milyon dollar sərmayə qoyulacaq. Bundan əlavə, 6 milyon dollar hidrometeoroloji xidmətlərin təkmilləşdirilməsi, 3 milyon dollar isə kritik infrastrukturun risklərinin azaldılması və maliyyə dayanıqlığının yaxşılaşdırılması üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Prosedura uyğun olaraq, Dünya Bankı ilə gələcək danışıqlardan və saziş imzalandıqdan sonra parlament onu ratifikasiya etməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!