Moldova baza valyutasını dollardan avroya dəyişəcək | Banco.az

Moldova baza valyutasını dollardan avroya dəyişəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Moldova 2025-ci ilin yanvarından baza valyutası kimi dollar əvəzinə avrodan istifadə etməyə başlayacaq.

 Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının rəhbəri Anka Draqu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, əsas ehtiyat valyutası kimi avroya keçmək qərarı respublikanın ticarət və valyuta axını ilə bağlıdır. Dəyişikliklər gələn il yanvarın 2-dən qüvvəyə minəcək.

"Bu, ölkəyə ciddi iqtisadi gəlir gətirəcək. Birja əməliyyatları üzrə gözlənilən qənaət 10 milyon avronu keçə bilər”, – Draqu qeyd edib.