Moldova Avropanın yeni qaz tədarükçüləri ilə razılaşıb | Banco.az

Moldova Avropanın yeni qaz tədarükçüləri ilə razılaşıb

Müəllif - Aida İsaq, Banco.az

Moldovanın “Energocom” dövlət şirkəti qaz tədarükü üçün Avropa operatorları arasında iki yeni təchizatçı ilə razılığa gəlib.

Banco.az xəbər verir ki, bunu müəssisənin rəhbəri Viktor Bynzar bildirib. Onun sözlərinə görə, ölkə bu yay təbii qazın alınması üçün Yunanıstanın DEPA və hazırda adını açıqlamaq istəməyən bir şirkətlə danışıqlar prosesini başa çatdırıb.

Tədarük həcmi və qiymətlər barəsində ətraflı məlumatlar açıqlanmasa da, qeyd olunur ki, bütün qiymətlər birja kotirovkalarına uyğun olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et