"Möhtəşəm Yeddilik" səhmlərini hansı şirkətlər təşkil edir? | Banco.az

"Möhtəşəm Yeddilik" səhmlərini hansı şirkətlər təşkil edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2013-cü ildə CNBC analitiki Cim Kremer "Facebook", "Amazon", "Netflix" və "Google"dan ibarət "FANG"-ı bazarda ən yaxşı performans göstərən texnologiya şirkətlərinin adlarının qısaldılmış forması kimi populyarlaşdırdı. Qrupa 2017-ci ildə əlavə edilən "Apple" adı "FAANG" olaraq dəyişdi. 

Banco.az xəbər verir ki, daha sonra 2017-ci ildə "Bank of America"nın analitiki Maykl Harnett bu böyük texnologiya şirkətləri üçün yeni bir ad irəli sürüb: "Möhtəşəm Yeddilik".

İnvestorların Amerika fond bazarında ən dəyərli və populyar şirkətləri adlandırmaq üçün istifadə etdiyi "Möhtəşəm Yeddilik"ə bu şirkətlər daxildir: "Facebook", "Amazon", "Google" "Apple", "Nvida", "Tesla" və "Microsotf". Adıçəkilən son 3 şirkət qrupda yenidir. 2022-ci ilin zəif performansından sonra və texnoloji tendensiyalardan yararlanmaqda çətinlik çəkən "Netflix" isə yeni qrupa daxil edilməyən yeganə "FAANG" şirkətidir.

Qeyd edək ki, "Möhtəşəm Yeddilik" "S&P 500"ün dörddə birindən çoxunu? "Nasdaq 100"ün isə yarıdan çoxunu təşkil edir .

"Möhtəşəm Yeddilik" şirkətlərin bazar dəyərlərinə nəzər salaq: (08/12/2023 tarixinə)

  • Apple - 3,1 trilyon dollar
  • Microsoft - 2.7 trilyon dollar
  • Alphabet - 1.7 trilyon dollar
  • Amazon - 1.5 trilyon dollar           
  • Nvidia - 1.1 trilyon dollar
  • Meta - 839 milyard dollar
  • Tesla - 760 milyard dollar 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram