Moda nəhənginin satışları pandemiyadan bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

Moda nəhənginin satışları pandemiyadan bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LVMH” şirkətinin satışları pandemiyanın baş verdiyi 2020-ci ildən bəri ən pis performans göstərib.

Banco.az xəbər verir ki, lüks mallar nəhəngi “LVMH”nin satışları Çin istehlakçılarının tələbinin azalması səbəbindən azalıb.

“Louis Vuitton”, “Tiffany & Co” və “Sephora” kimi markaların daxil olduğu “LVMH”nin satışları 5 faiz azalıb. Analitiklər cüzi artım gözləyirdilər.

Bu, dünyanın karantin elan etdiyi 2020-ci ilin ikinci rübündən bəri qrupun ən pis rüblük göstəricisi olub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə isə qrupun satışları 3 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram