2019-cu ilin yanvar-may ayıları ərzində informasiya və rabitə müəssisələri 822,7 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,0 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, 2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 344,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.
Marja