Mobil rabitə 4-cü mərhələyə keçir | Banco.az

Mobil rabitə 4-cü mərhələyə keçir

Juniper Research şirkətinin analitikləri qarşıdakı beş ildə müasir 4G/LTE mobil rabitə texnologiyalarının sürətlə yayılacağını proqnozlaşdırırlar.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2017-ci ildə bu rabitə standartından istifadə ilə aktiv bağlantıların sayı 1 milyarda, 2019-cu ildə 1,9 milyarda çatacaq. Qeyd olunur ki, həmin dövrün sonunda hər beşinci mobil bağlantı (ümumi sayın 22 faizi) 4G/LTE vasitəsilə həyata keçiriləcək.

Juniper Research nümayəndələrinin proqnozuna görə, 2019-cu ilədək 4G/LTE rabitəsi xidmətindən mədaxilin böyük hissəsi Asiya-Sakit okean regionunun payına düşəcək. Həmçinin güman edilir ki, 2014-cü ildə tədarük edilən hər üç smartfondan biri LTE-ni dəstəkləyəcək.

Tədqiqatda həmçinin Beynəlxalq Mobil Rabitə Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association, GSA) məlumatları yer alıb. Assosiasiyanın məlumatına əsasən, hazırda dördüncü nəsil mobil rabitə texnologiyasını (4G/LTE) dəstəkləyən abunəçi qurğu modellərinin sayı 1889 ədədə çatıb. Bildirilir ki, son 12 ayda LTE ilə işləyən qurğuların sayı 941 təşkil edib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. Bu müddət ərzində onları istehsal edən müəssisələrin sayı 68 faizə – 168-dək yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

LTE qurğular bazarında lider olan smartfonlar bu tipli bütün abunəçi qurğularının 44 faizini təşkil etməklə bazarda 835 qurğu ilə təmsil olunur. LTE rabitəsini dəstəkləyən planşetlərin sayı isə 175 model və ya ümumi LTE qurğularının 9,2 faizini təşkil edir.

GSA-in qiymətləndirməsinə görə, dünyada fəaliyyət göstərən LTE kommersiya şəbəkələrinin sayı 308-ə bərabərdir. Proqnozlara görə, 2014-cü ilin sonunadək onların sayı 350-dək artacaq.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et