Mobil internetin ən sürətli olduğu ölkələr | Banco.az

Mobil internetin ən sürətli olduğu ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyun ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Qətər (334.63 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (323.61 Mbps) ikinci, Küveyt (226.56 Mbps) üçüncü olub.

108 ölkə arasında sonuncu yerdə Kuba (4.02 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 49-cu (52.63 Mbps) olub. 

Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (İyun, 2024):

  1. Qətər – 334.63 Mbps
  2. BƏƏ – 323.61 Mbps
  3. Küveyt – 226.56 Mbps
  4. Norveç – 145.19 Mbps
  5. Danimarka – 144.93 Mbps
  6. Cənubi Koreya – 139.04 Mbps
  7. Çin – 135.71 Mbps
  8. Səudiyyə Ərəbistanı – 128.03 Mbps
  9. Niderland – 120.96 Mbps
  10. Bəhreyn – 113.87 Mbps​

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et