Mobil bankçılıq: dəyərli vaxtınıza qənaət edin! | Banco.az

Mobil bankçılıq: dəyərli vaxtınıza qənaət edin!

Rəqəmsalbankçılığın inkişafı fonunda Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarhəm internet bank, həm də mobil bankçılıq (Mobil Əlavələr) kimi xidmətləri qeniş şəkildə təmin etməkdədir.Bu növ xidmətlər bank əməliyyatlarımızıelə yerimizdəcə heç yerə getmədən həyata keçirməyə və bununla da çox dəyərli olan vaxtımıza qənaət etməyə imkan verir.

Bu prizmadan müştəri üçün hansı bank əlavəsinin istifadəsi daha əlverişlidir? Hansı bank əlavəsi vasitəsilə daha az zamanda, daha çox xidmətlərdən yararlana bilərik?

Bizdə bu suala cavab tapmaq üçün banklarımızın mobil əlavələrini araşdırdıq. Onlar arasında bir mobil əlavə çox maraqlı xidmət təklifləri ilə diqqətimizi çəkdi.Söhbət PAŞA Bankın mobil bank əlavəsindən gedir.

Bu tətbiqi telefon və planşet istifadəçiləri Android (Play Market) və iOS (AppStore) əməliyyat sistemlərindən pulsuz şəkildə yükləyə bilərlər. Edilən yenilikləri və təkmilləşmələri nəzərə alaraq, bu mobil əlavənin tələblərə kifayət qədər cavab verən bir tətbiq olduğunu deyə bilərik. Əgər bu üstünlüklərin nədən ibarət olduğunu bilmək istəyirsinizsə, elə sadaladığımız xidmətlər sizə kifayət edəcəkdir.

HEÇ BİR MƏLUMAT MƏRKƏZİ İLƏ ƏLAQƏ SAXLAMADAN MƏLUMATLARDAN XƏBƏRDAR OL

Əgər PAŞA Bankın maaş kartlarınasahibsəniz balansınızı öyrənmək üçün artıq banka zəng etməyə ehtiyac olmayacaqdır. Bildiyimiz kimi, banklara edilən zənglərin əksəriyyəti kart balansını öyrənmək, eləcə də, əmək haqqının balansa köçürülüb-köçürülmədiyini bilmək üçündür. PAŞA Bankın mobil bank əlavəsi vasitəsilə kartlar üzrə əməliyyatların tarixçəsini görmək və balans haqqında ətraflı məlumat əldə etmək artıq olduqca asandır.  

Bu mobil əlavə vasitəsi ilə siz, kartınızdan kommunal, mobil operator, telefon, internet, kabel tv, dövlət rüsumları, vergilər, cərimələr və s. kimi müxtəlif istiqamətlərdə ödənişləri həyata keçirə bilərsiniz.  Eləcə də, PAŞA Bank kartlarından digər bank kartlarına köçürmə əməliyyatlarını həyata keçirə, SMS məlumatlandırma xidmətini aktivləşdirə, telefon nömrəsini dəyişdirə və ya xidməti dayandıra bilərsiniz. 

SİZ MÜRACİƏT EDİN, MƏLUMAT BİRBAŞA ELEKTRON ÜNVANINIZA GƏLSİN!

PAŞA Bank müştəri rahatlığını düşünərək, bir çox bank məhsullarının sifarişini bir başa elektron şəkildə etməyə imkan verir. Siz mobil əlavə vasitəsilə PAŞA Bankın kredit məhsulları ilə tanış ola və onlara müraciət edə, debet kartının müddətinin uzadılması və ya kartın dəyişdirilməsi ilə bağlı müraciət edə, həmçinin, elə debet kartının özünü sifariş edə bilərsiniz.Kartlar və hesablar üzrə çıxarışlarınız  iş günü olub olmamasından asılı olmayaraq müraciət etdiyiniz anda elektron ünvanınıza göndərilir. Eləcə də, siz onlayn şəkildə son 360 günün əməliyyatlarına nəzarət edə bilirsiniz. 

Bundan başqa, bilirik ki, səfirliyə məktubun təqdim edilməsi üçün müraciət müəyyən qədər 

vaxt aparan proseslərdən biridir. Bunun da daha sadə yolu var: filiala getmədən, hesabınızdakı məbləği göstərən arayışı əldə etmək üçün PAŞA Bankın mobil əlavə vasitəsilə banka müraciət edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

BANKLARDA NÖVBƏ GÖZLƏMƏ DÖVRÜ BİTDİ!

Müştərilərinin hansı xidmətlərdən istifadə edərkən daha çox vaxt itirdiyini daima müşahidə edən PAŞA Bank, bu amili nəzərə alaraq daha bir yenilik təqdim etmişdir. Sözügedən yeniliklərdən biri də, onlayn şəkildə növbə alınması sistemi oldu. Qeyd edək ki, PAŞA Bank bu sistemi tətbiq edən nadir banklardan biridir.  Banka müraciət etmək isə heç bu qədər asan olmamışdı; Mobil əlavəni yüklə və onlayn növbə al!

PARKİNQ ÖDƏNİŞLƏRİ – MOBİL ƏLAVƏDƏ!

Yerli bazarda ilk dəfə qarşılaşacağınız bir xidmətlə sizi tanış etmək istərdik. PAŞA Bank parkinqödənişlərinizi mobil bank əlavəsi vasitəsi ilə həyata keçirmək imkanı təklif edir. 

Hər zaman olduğu kimi siz avto dayanacağa daxil olduqda ödəniş çekini əldə edirsiniz, dayanacağı tərk etdikdə isə siz parkomat qarşısında vaxt itirmədən PAŞA Bankın mobil bank əlavəsində artıq mövcud olan parkinq ödənişi xidməti vasitəsi ilə ödəniş edirsiniz. Belə ki, ödəniş çekinizin üzərindəki bar kodu skan edirsiniz və mobil əlavədə qeydiyyata alınmış kart vasitəsilə ödənişinizi həyata keçirirsiniz. Hal-hazırda bu xidmət “Qaraj Park” (Azərbaycan prospekti) və 28 Mallavto dayanacaqları üzrə təmin edilir. Gələcəkdə bu xidmət ilə əhatə olunan avto dayanacaqların siyahısı artırılacaqdır.

OLDUĞUN YERƏ ƏN YAXIN BANKOMATI TAP

Eyni zamanda diqqətinizə çatdırmaq istərdik ki, taksi ödənişlərini də PAŞA Bank mobil əlavəsi vasitəsilə etmək mümkündür! Belə ki, sadəcə olaraq mobil tətbiqin ödənişlər bölməsindən taksi ödənişi hissəsini seçərək ödənişi həyata keçirin. Bu zaman, dərhal taksi sürücüsünə ödənişin edilməsi ilə bağlı bildiriş gələcəkdir. Hal-hazırda yalnız “189 taksi” xidmətindən istifadə zamanı onlayn ödəniş etmək mümkündür. 

yeni dizaynda müştərilərin istifadəsinə veriləcək mobil tətbiqə daha bir funksiya əlavə edilir. Belə ki, siz mobil əlavə vasitəsilə PAŞA Bankın ATM şəbəkəsinin xəritəsini görə biləcəksiniz. Onu da nəzərinizə çatdıraq ki, ölkədə mövcud təcrübədən fərqli olaraq PAŞA Bankın məvacib kartlarının istifadəçiləri Azərbaycanda həm PAŞA Bankın, həm də digər bankların istənilən bankomatından nağd pul vəsaiti çıxardıqda tarif çədvəlindən asılı olaraq heç bir komissiya tutulmaya bilər.

"ASAN İMZA" ALMAQ HEÇ BU QƏDƏR ASAN OLMAMIŞDIR

Yalnız Azərbaycanda deyil, bütün dünyada ilk dəfə olaraq PAŞA Bank çox önəmli bir yeniliyə imza atıb. Bildiyimiz kimi, 2017-ci ilin dekabrından PAŞA Bank "Asan İmza"nın alınmasının sadə formasını tətbiq edib. Artıq PAŞA Bankın əmək haqqı kart sahibləri birbaşa filiala gələrək "Asan İmza" ala bilirlər. Bundan başqa, Bank, bu böyük layihəni daha da təkmilləşdirərək, bu il ərzində "Asan İmza"nınalınmsının elektron formasını yaradacaq və bunu mobil əlavəsinə tətbiq edəcək. Nəticədə, mobil əlavə  vasitəsilə filial və ya şöbəyə getməyə ehtiyac qalmadan, həm müraciət, həm də son imzalama mərhələsi həyata keçiriləcək.