Mobbing nədir? | Banco.az

Mobbing nədir?

Sözün mənşəyi; təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Mobbing, xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və öz hörmətini itirə bilər. 

Daha çox özəl və dövlət şirkətlərində iş mühitində mobbing ilə qarşılaşmaq olar. Xüsusilə işsizliyin yüksək olduğu, inkişaf etməkdə olan ölkələrdəki sosial-iqtisadi vəziyyətin müxtəlifliyi, insanlara çox seçimetmə şansı verir, bu vəziyyət isə mobbing-ə zəmin yaradır. İşçisinin, özündən asılı olduğunu hiss edən işəgötürən, insanı dəyərsiz görməyə və ya 'ya bu şərtlərdə işlə ya da qapı oradadır' məntiqini güdməyə başlayır.

Mobbing üsulları:

Təcrid, təhqir, iynələmə, alçaltma, davamlı olaraq tənqid etmə, iş yükləmək, qınamaq, fiziki şiddət və cinsi təcavüz kimi təsnif edilir. Şəxsi ictimai mühitlərdən təcrid edib, istedadından çox aşağı işlər vermək, təhqir etmək, yoxmuş kimi davranmaq ... Hansı səbəbə görə olursa olsun məqsəd; insanı mənəvi təzyiqlə işdən çıxarmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Nələrə səbəb olur?

Sonrakı hadisələr insanın mənlik duyğusunu zədələyər. Özünü əhəmiyyətsiz hiss edər və özünə olan inamı yox olar. Sağlamlıq problemlərinə səbəb olar; xırda bir şeyə ağlamaq, depressiya, yuxu problemləri, stress, əzələ ağrıları. İşçi işə davam etsə, asılı hala gələr, şəxsiyyəti pozular və bu hal kliniki vəziyyət alar.

Necə qorunmaq olar?

Burada emosiyaların idarə olunması və nəzarət edilməsi psixoloji sağlamlıq üçün çox əhəmiyyətli olub, vəziyyətin düzəldilməsini gözləmək yerinə fərqli bir iş axtarılmalıdır. Daha sonra isə hüquqlarınızın müdafiəsi üçün müvafiq orqanlara müraciət etməli, səbəbkarların cəzalandırılmasına nail olmalısınız.

Çalışın ki, sakit və qoyuqqanlı olun. Əsəblərinizi bu tip insanlara qarşı qoruyun.

Günel Abduraxmanova / [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et