Banco.az Mərkəzləşdirilmiş Kredit Reyestrinə istinadən bildirir ki, hesabat dövrü ərzində reyestrdən 41 bank və 35 BOKT istifadə etmişdir. Dövr ərzində reyestrdə 2,304,678, o cümlədən banklar və BOKT-lər tərəfindən 2,257,179 sorğu həyata keçirilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı ( III rüb, 2013 –1,602,095) 1.43 dəfə artmışdır. 47,499 ( III rüb, 2013 – 3,737) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət etmişdir.
Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2,233,256, kredit məlumatlarının sayı 8,392,726, cəmi zaminlərin sayı isə 1,059,610 olmuşdur
Qeyd: Tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir.