“MJ Financial Services BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

“MJ Financial Services BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

18 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MJ Financial Services BOKT" QSC-nin ümumi dəyəri 750,000 (yeddi yüz əlli min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

1 dekabr 2022-ci il taixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmələr üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

 

Hərrac tarixi

Kupon faizlərinin ödəniş müddəti

AZ2001023160

Faizli təmin edilməmiş sənədsiz adlı

750

(ədəd)

1,000 manat

13,5%

 

18 ay

 

01.12.2022

Hər 90 gündən bir

Ən sərfəli kredit üçün müraciət et

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et