Müəllif:Mehin Qasımova/Banco.az
"Mitsubishi Motor" Çində istehsalını dayandırmaq və bu ölkədən çıxmaq qərarına gəlib.
Banco.az xəbər verir ki,bu qərarın 24 milyard yen itkilərlə nəticələnəcəyi gözlənilir.
"Mitsubishi Motor" Çində satışlarının azalması səbəbindən bu ölkədə avtomobil istehsalını dayandırmağa və Çindən çəkilməyə qərar verdiyini açıqlayıb.
"Mitsubishi Motor" İdarə Heyətinin açıqlamasında, satış hədəflərinin planlaşdırıldığı kimi əldə olunmadığı və istehsalın 2023-cü ilin mart ayında dayandırıldığı bildirilib.
Çində biznes strategiyasının yeniləndiyi və struktur islahatının aparıldığını bildirən şirkət rəhbərliyi ehtiyatlar tükəndikdə yerli istehsalın dayandırılacağı və yeni avtomobil satışlarının sona çatacağını bildirib.
Yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra geri çəkilmək qərarına gələn Yaponiya şirkətinin istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına köçürə biləcəyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!