Müəllif - Aida İsaq, Banco.az
Noyabrın 27-dən etibarən Misir Əmtəə Birjası Rusiya buğdası ilə ticarətə başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin təchizat və daxili ticarət nazirinin köməkçisi, malların tədarükü departamentinin rəhbəri İbrahim Aşmaui məlumat verib. İlkin mərhələdə malların tədarükü departamentinin öz ehtiyatlarından həftədə iki dəfə müəyyən miqdarda xaricdən gətirilən buğdanı hərraca çıxaracağı gözlənilir.
İ.Aşmavi Misirdə əmtəə birjasının yaranmasının ölkənin ticarət sistemini inkişaf etdirəcəyini vurğulayıb.
“Bu, ölkənin dünya əmtəə ticarətinə çıxışını təmin etmək və ölkəyə xarici kapitalın cəlb edilməsinə kömək etmək üçün nəzərdə tutulub”.
Eyni zamanda Aşmauinin sözlərinə görə, Misir əmtəə birjasının açılması məhsulların qiymətlərində stabilliyin qorunmasını təmin edəcək. Kiçik fermerlərin fəaliyyətinə dəstək olaraq monopoliyaya son qoyacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!