Misir və Aİ arasında "yaşıl hidrogen" sazişi imzalanıb | Banco.az

Misir və Aİ arasında "yaşıl hidrogen" sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Misir təmiz enerji üçün Avropa İttifaqı ilə birgə işləyəcək.

Banco.az xəbər verir ki, Misir hökuməti ekoloji təmiz enerji çərçivəsində həyata keçirilməsi planlaşdırılan "yaşıl hidrogen" layihəsi üçün Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.

Şarm-Əl-Şeyxdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 27-ci Konfransı zamanı Misir və Aİ arasında “yaşıl hidrogen” istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.

Sazişin imzalanma mərasimində Aİ Komissiyasının baş vitse-prezidenti Timmermans, Aİ-nin Misirdəki nümayəndəliyinin rəhbəri səfir Kristian Berger və Aİ-nin enerji və iqlim üzrə nümayəndəsi Kadro Simpson da iştirak ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi noyabrın 8-də 100 meqavat gücündə yaşıl hidrogen istehsalı zavodunun yaradılması layihəsinin birinci mərhələsinə başlayacaqlarını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et