Misir Aralıq dənizində nəhəng qaz ehtiyatı aşkar edib | Banco.az

Misir Aralıq dənizində nəhəng qaz ehtiyatı aşkar edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Misir Aralıq dənizindəki Nərgiz qazma quyusunda böyük təbii qaz ehtiyatı aşkar edib.

Banco.az xəbər verir ki, bu barədə Misirin Neft və Mineral ehtiyatlar naziri Tarik əl-Molla enerji komitəsinin dünənki clasında açıqlama verib.

Misirin ilk dəniz qazma quyusu olan Nergis-1X-dəki qaz ehtiyatının hələ də qiymətləndirmə mərhələsində olduğunu qeyd edən nazir bu ehtiyatın Zöhr yatağından sonra ən mühüm kəşf olduğunu bildirib.

Qeyd edək ki, Nərgiz-1X-də 3,5 trilyon kubfut qaz ehtiyatının olduğu ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et