Müəllif - Aida İsaq, Banco.az
"Miqrantların əmək bazarına cəlb edilməsi məsələsi həll olunmazsa, ölkə iqtisadiyyatını “böyük fəlakət” gözləyir.
Banco.az xəbər verir ki, bunu ABŞ-ın əmək naziri Martin Uolş bildirib.
İqtisadiyyatın yavaşlaması səbəbindən işəgötürənlərin yarısı əmək xərclərini azaltmağı düşünür. ABŞ-da işsizlik 3,5 faiz təşkil etsə də, ölkə əmək qabiliyyətli əhalinin demoqrafik göstəricilərindən narahatdır. “Bizim immiqrasiya islahatlarına ehtiyacımız var. Düşünürəm ki, daha çox miqrant cəlb etməyə qərar verməsək, böyük bir fəlakətlə üzləşəcəyik” - deyən Uolş bunu Amerika iqtisadiyyatı üçün xilas adlandırıb.
Son on ildə yalnız beş ölkə 50%-dən çox bütün ixtisaslara mənsub miqrantları öz ölkələrinə cəlb edib: ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və Avstraliya.
Eyni zamanda, 25-ə yaxın ölkədə ixtisaslı kadr profisiti olduğu halda, ölkələrdə kadr çatışmazlığı yaşanır. Əmək miqrasiyasına “beyin axını” qorxusu, eləcə də iş yerlərini itirmək və maaşların azaldılması qorxusu mane olur.
Bizi sosial şəbəkələrdən izləyin!!