Milyonçuların qeyri-adi uşaqlıq illəri | Banco.az

Milyonçuların qeyri-adi uşaqlıq illəri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyaca məşhur simaların uşaqlıq illəri ilə heç maraqlanmısınızmı? Dünyanın ən varlı insanlarının, ən tanınmış şəxslərinin, ən uğurlu sahibkarlarının uşaqlıq illəri sizcə necə keçib?

Banco.az bugünkü məqalədə bu sualın cavabını təqdim edir:

1. Mark Zukerberq: “Çox çalışqan şagird”

Valideynlərinin uşaq böyütmə fəlsəfələri haqqında səmimi açıqlamalarından sonra, Zukerberq və onun uşaqlıq illəri haqqında dəfələrlə yazılmışdır. Zukerberqin ana və atasının sahib olduqları sərbəst peşə və sahibkarlıq əsaslı bu fəlsəfəsi ilə uşaqlarınızı maliyyə problemlərindən qorumaq, maraq dairələrini müəyyən etməyə həvəsləndirmək, qürur duyulan vəziyyətləri ifadə etmək və sərhədlər müəyyən etmək mümkün görünürdü.

Zuckerberg 2000–ci illərin əvvəllərində hələ hazırlığa gedərkən, istifadəçilərin musiqi seçimlərini təxmin etmək üçün süni intellekt əsaslı bir proqram hazırladı. Universitetə başlamağı səbirsizliklə gözləyirdi. Nəhayət Harvard Universitetinə daxil olmağa nail oldu. Burada keçirdiyi qısa müddət ərzində həm “Facebook”u qurdu, həm də gələcək həyat yoldaşı Prisilla Çan ilə tanış olma fürsəti əldə etdi.

Həyat yoldaşı Zukerberq haqqında belə deyir: “O, bu zamana aid olmayan, bütün gününü oxuyaraq keçirən bir insan idi.”

2. Ceff Bezos: “Qəribə bir uyuşmaz”

Bezos anası və onu övladlığa götürən ögey atası ilə böyüdü və yay aylarını babasının fermasında işləyək keçirdi. Elektrik mühəndisliyi və kompüter elmləri proqramına qeydiyyatdan keçmiş 20 tələbədən biri olan Bezos Prinston Universitetinə daxil olmazdan öncə təhsil aldığı məktəbdə birinci idi və bu birincilik sayəsində Beynəlxalq Naliyyət Təqaüdünü almağa haqq qazanmışdı.

Prinston Universitetindən olan bir tələbə yoldaşı o günləri belə təsvir edir: “Bildiyiniz kimi Bezos o vaxtlar hələ tanınmırdı və ətraf həqiqətən də parlaq insanlarla dolu idi. Biz, yəni kompüter elmləri fakültəsinin tələbələri, əsasən, səssiz, əksəriyyəti oğlan tələbələrdən ibarət olan qəribə uyuşmazlarların bir araya gəldiyi bir qrup idik.”

3. Larry Ellison: “Özündən razı uşaq”

“Oracle Corporation” şirkətinin qurucusu 73 yaşlı Larry Ellison iyirmi il əvvəl verdiyi bir müsahibədə valideynlərinin bibi və əmisi ilə birlikdə orta təbəqəyə mənsub insanların yaşadığı bir ərazidə yerləşən kiçik bir mənzildə böyüdüyünü bildirmişdi. Deyilənə görə, hər zaman özündən razı bir uşaq olan Ellison müəllimlərinin ya da onu övladlığa götürən atasının gözündə çox da uğurlu hesab edilməyən və hətta adı tez-tez dava-dalaşlarda hallanan bir uşaq idi.

Texnologiya şirkətində əldə etdiyi təcrübələrdən öncə bir çox işdə çalışmışdı və nəhayət 1977–ci ildə 1200 dollarını özünün qarşıladığı 2000 dollarlıq sərmayəsi ilə “Oracle” şirkətini təsis etdi. Şirkət başlanğıcda sıxıntılı günlər yaşasa da, 1980–ci illərin ortalarında “Oracle” artıq ən uğurlu “Silikon Vadisi” təşəbbüslərindən biri idi.

Ən sərfəli kredit üçün müraciət et

4. Bill Qeyts: “Möcüzəvi uşaq”

Dövrünün qabaqcıl vəkillərindən biri ilə bir bank işçisinin oğlu olan Qeyts Sietl şəhərində firavanlıq içində bir uşaqlıq keçirdi. Kompüterlə ilk tanışlığı 1960–cı illərin sonlarında, çox az sayda tələbənin qəbul edildiyi özəl məktəblərdən birində oxuduğu vaxtlarda olmuşdu. Bu vəziyyət həmçinin Qeytsin hələ 16 yaşında ikən ilk işinə başlamasına da vəsilə oldu.

Qeyst o günləri belə xatırlayır: “Tək bir növ proqramlaşdırmanın ustası olan möcüzəvi uşaq kimi tanınırdım. Mənim üçün çox vacib bir təcrübə oldu, çünki çalışdığım şirkət ən yaxşı proqramistlərini orada toplamışdı. Kod yazmalı idim və bu dahi insanlar yazdığım kodlara baxıb “bu yaxşı deyil!”, “bu heç yaxşı deyil!” deyəcəkdilər. Beləliklə də, bir il boyunca proqramlaşdırma bacarıqlarımı ən yüksək səviyyəyə çatdıracaqdım.”

5. Micheal Bloomberg: “Adi bir uşaq”

Bloomberg Bostondan kənarda yaşayan orta sinif bir ailədə dünyaya gəlmişdi. Nə möhtəşəm bir tələbə, nə də bacarıqlı bir atlet idi, lakin yenə də olduqca qərarlı idi. Hətta deyilənə görə, qazanmağa yaşı düşməsə də o, “Qartal Kəşfiyyatçı” ünvanını əldə etməyə nail olmuşdu. Bacısı isə onu “adi bir uşaq” olaraq təsvir edir.

Cons Hopkins Universitetində təhsilini başa vurduqdan sonra o, Harvard Business School–da təhsilinə davam etdi. Daha sonra “Wall Street”ə getdi və “Salomon Brothers”–in şəriklərindən biri oldu. İşdən çıxarıldı, 10 milyon dollarlıq məbləği sonradan öz adını daşıyacaq olan informasiya texnologiyaları şirkətini qurmaq məqsədilə sərmayə olaraq dəyərləndirdi.

6. Amansio Orteqa: “Həyatdan yediyi sillələr ilə özünü motivasiya edən bir uşaq”

Növbəti milyonçumuz Avropalı oduğu və cəmiyyətdən təcrid olunmuş bir həyat yaşadığı üçün adına çox da rast gəlmədiyimiz bir şəxsdir. Amansio Orteqa Avropanın pərakəndə şirkəti “Zara”nın həmtəsisçisidir və deyilənə görə, müharibədən sonrakı İspaniyada çox çətin şəraitdə böyümüşdür. Uğur əldə etmək əzminin isə 14 yaşında olarkən anasının yemək almaq üçün getdiyi bir marketdən kifayət qədər pulu olmadığı üçün uzaqlaşdırılmasından sonra ortaya çıxdığı deyilir.

Balaca uşaq ikən yaşadığı bu hadisədən olduqca təsirlənən Orteqa üçün həyatın bu silləsinin nəticəsi dünyanın ən böyük qlobal tekstil şirkətlərindən birinin yaradılması oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et