Milyonçuların paytaxtı- London | Banco.az

Milyonçuların paytaxtı- London

Böyük Britaniya paytaxtı milyonçuların sayına görə dünya lideridir. Londonda 376 min dollar milyonçusu yaşayır. Faiz nisbətində bu, paytaxt sakinlərinin 2,9 faizini təşkil edir. 9700 London milyonçusunun hər birinin sərvəti 10 milyon dollardan artıqdır. Yəni onlar multmilyonçudurlar.

Böyük Britaniya paytaxtının 72 sakini isə milyarderlər klubunun üzvüdürlər. London milyonçularının sırasına ötən il 36 min yeni varlılar daxil olub. Təəəccüblü deyil ki, London Cənubi Afrikanın maliyyə firması New World Wealth tərəfindən tərtib edilmiş illik reytinq siyasında milyonçuların sayına görə birincidir. Bu şəhərdə milyonçuların sayı ikinci yerdə qərarlaşmış Nyu-Yorkdakı milyonçuların sayından təqribən 50 min, ilk üçlüyü tamamlayan Tokiodakı milyonçuların sayından isə 110 min çoxdur. Londonda Böyük Britaniyada yeddi rəqəmli sərvətə malik olanların təqribən yarısı yaşayır. Hazırda Böyük Britaniyalda 840 min milyonçunun yaşadığı bildirilir. Bu göstəriciyə görə Birləşmiş Krallıq yalnız ABŞ və Yaponiyaya uduzur.
 

Ən sərfəli kredit üçün müraciət et

Planetdə ümumilikdə 13 milyon dollar milyonçusu yaşayır. Ən çox milyonçu ABŞ-da yaşayır. Bu ölkədə 4 mlyon dollar milyonçusu var. Yaponiyada yaşayan 1,25 milyon dollar milyonçusunun isə təqribən 495 min nəfəri multmilyonçudur.

İlk onluq

1. London – 376 600 milyonçu
2. Nyu-York – 319 700
3. Tokio – 265 800
4. Sinqapur – 223 800
5. Qonkonq – 211 700
6. Los-Anceles – 165 000
7. Frankfurt – 142 900
8. Mexiko – 139 000
9. Çikaqo – 134 100
10. San- Fransisko – 134 000

Ən sərfəli krediti almaq üçün müraciət et