Milyarderlərin yaşadığı 5 şəhər | Banco.az

Milyarderlərin yaşadığı 5 şəhər

Forbes jurnalı hər il olduğu kimi bu il də ən çox milyarder yaşayan şəhərləri sıralayıb. Onlardan beşini sizə təqdim edirik.

1.New York 

78 milyarder ilə dünyanın ən çox milyarderinin olduğu şəhər New York hesab edilir. Bu 78 adamın arasında Michael BloombergRupert Murdoch kimi əhəmiyyətli şəxsiyyətlər var. Digər tərəfdən ABŞda yaşayan milyarderlərin sayı 541 nəfərdir və belə hesab etmək olar ki milyarderlərin çoxu New-Yorku özünə məskən seçiblər.

2.Moskva 

Moskva deyiləndə isə ağlımıza ilk gələn adlar Alisher Osmanov və Viktor Vekselberg olur. Öz səyləri sayəsində milyarder olmağı bacaran bu insanlar da böyük şirkətlərə sahibdir. Viktor Vekselberg Renova Groupun rəhbəridir. Osmanovun isə 14.7 milyard dollarlıq sərvəti var. Nəticədə, Moskva 68 milyarderə ev sahibliyi edir və 68 adamın ümumi sərvəti 333.9 milyard dollardır.

3.Hong Kong 

Ən sərfəli kredit üçün müraciət et

Bir çox milyarderə ev sahibliyi edən Hong Kong isə Siyahımızın 3-cü sırasında iştirak edir. 64 milyarderin yaşadığı şəhərdə daşınmaz əmlak, turizm və bir çox fərqli investisiya sektoru var. Bundan başqa Honk Konqda yaşayan milyarderlərdən birinin kazino kralı sayılan məşhur Lui Che Woo olduğu da məlumdur. 8.9 milyard dollarlıq sərvəti olan Lui Che Woodan başqa e-ticarət sahəsindən 5 milyard dollarlıq sərvət qazanan Cozef TAInin də bu şəhərdə olduğunu nəzərinizə çatdıraq.

4.London

Dünyada olan milyarderlərdən 46 nəfər Londonda yaşayır. Bu milyarderlərin ümumi sərvətinin 133.7 milyard dollar, ortalama sərvətlərinin isə 3.43 milyard dollar olduğunu söyləyə bilərik. Şəhərdə yaşayan zənginlər arasında gözə dəyən adlar isə Hindistanlı Lakshmi Mittal və David Rubendir.

5.Pekin 

Çinin paytaxtı Pekin siyahımızda 5ci yerdə qərarlaşır. Pekinin milyarderləri arasında isə Zhang Xin və Pan Shi Yi kimi Çinin ən əhəmiyyətli iş adamları olaraq tanınan daşınmaz əmlak sərmayəçiləri olduğunu söyləyə bilərik. Nəticə olaraq bu şəhərdə 45 milyarder var.

©Bizplus.az