Milyarderlərin pul yığma tövsiyələri | Banco.az

Milyarderlərin pul yığma tövsiyələri

Bir çox milyarder pul qazanmaq üçün fərqli üsullara müraciət edib və ya fərqli sektorlardan pul qazanıb. Lakin çoxunun ortaq nöqtəsi var: pul yığmaq.

Dünyaca məşhur milyarderlərin pul yığma tövsiyələri təqdim edirik:

Maykl Bloomberg - 34.3 milyard dollar

Sizin üçün ən uyğun olan tövsiyə Nyu-Yorkun bələdiyyə sədri və “Bloomberg” şirkətinin sahibinin tövsiyəsidir. Bloombergin 10 ildir iki ayaqqabısı var. Hər iki ayaqqabı qaradır və Bloomberg üçün kifayət qədər rahatdır. Heç vaxt geyinməyəcəyi ayaqqabılar üçün sərvət xərcləməkdənsə pulunu daha əhəmiyyətli şeylərə xərcləməyi seçir.

Uarren Baffet - 66.1 milyard dollar

2008-ci ildə Forbes tərəfindən dünyanın ən varlı insanı seçilən Baffet hələ də 1958-ci ildə aldığı 31,500$-lıq evində yaşayır. Pulunun çox olması onun daha lüks ev almasını zəruri etmir.

Karlos Slim Heliun - 78.5 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

2007-ci ildə Forbes tərəfindən dünyanın ən zəngin insanı seçilən meksikalı iş adamı Karlos Slim “İşiniz nə olursa olsun pul yığmağa başlayın. Pul yığmağa nə qədər erkən başlasanız, pulunuza nəzarət etməyi o qədər tez öyrənəcəksiniz” deyir.

Con Koduell - 2.6 milyard dollar

Lüks avtomobilləri seçməyən digər milyarder isə ingilis iş adamı Con Koduelldir. A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilə ehtiyac duymayan məşhur iş adamı velosiped və ictimai nəqliyyata üstünlük verir.

Mark Zükerberq - 30 milyard dollar

Facebookun yaradıcısı Zükerberq hələ də 30.000 $-lıq “Sedan” avtomobilini istifadə edir.

T. Bun Pikens – 1 milyard dollar

Siz də alış-veriş edərkən özünü itirənlərdənsiniz? Onda evdən çıxanda siyahı hazırlayın və özünüzlə lazım olan qədər pul götürün. BP-nin Maliyyə direktoru Pikens pul qabında sadəcə ehtiyacı olan qədər pul gəzdirir.

Atvxeber.az