Milyarderlərin ilk peşələri | Banco.az

Milyarderlərin ilk peşələri

Bir çox milyarderlər də öz əmək karyeralarını ən asan peşələrdən başlamışdılar. Business İnsider məhz ilk iş yerlərinin milyarderlərə bugünkü günə gəlməyə kömək etdiklərini dediklərini yazır.

Ceff Bezos McDonaldsda qamburger qızardıb
Amazon.com internet şirkətinin başçısı və təsisçisi olan Ceff Bezos məktəb tətilləri zamanı McDonalds restoranında çalışıb.
"Mən kotletləri qızardırdım və heç zaman kassa arxasına keçməmişdim. Ças pik zamanı, restorana ən çox müştəri gələn vaxt, işləmək çox çətin idi. Lakin bizim çox yaxşı menecerimiz var idi.O, yeniyetmə işçilərə başçılıq edirdi", – deyə Bezos xatırlayır.

Maykl Dell çin restoranında qab yuyub
Dell kompüter şirkətinin banisi öz əmək karyerasına restoranda çalışaraq başlayıb.
12 yaşında olarkən Dell çin restoranında qab yuyurdu. Sonra isə o, həmin restoranda ofisiant və administrator köməkçisi işləməyə başlamışdı.
Daha sonra isə Dell özünə meksika restoranında iş tapır.

Opra Uinfri ərzaq mağazasında satıcı işləyib
Tennessi ştatında universitetdə oxuyarkən gələcək tele aparıcı ərzaq mağazasında satıcı işləyib. Bu mağaza onun atasının bərbərxanasının yanında yerləşirdi.
Daha sonra isə o, yerli KİV-də çalışmağa başlayır. Və Neşvilla teeviziyasının ilk qaradərili qadın müxbiri olur.

Maykl Blumberq avto dayanacağında çalışıb
Nyu-Yorkun gələcək meri və Bloomberg şirkətinin təsisçisi Maykl Blumberq avto dayanacaqda çalışıb.
O, avto dayanacaqda adi növbəçi idi və eyni zamanda Harvard universitetində oxuyurdu.
Universiteti bitirdikdən sonra isə o, öz biznes karyerasına Salomon Brothers şirkətində başlayır və burada 15 il işləyir.

Çarlz Şvab bazarda qoz satıb
Gələcək maliyyəçi Şvab meşədən qozları yığıb onları bazarda bir kisəsi $5 satırdı.
Daha sonra isə o, toyuq saxlayırdı və bazarda toyuq yumurtaları satırdı.
14 yaşında olarkən Şvab qolf klubunun müştəriləri üçün atıcı və top daşıyırdı.

Uorren Baffet qazet satıb
13 yaşında olarkən Baffet öz velosipendində qazet paylamağa başlayır.
Daha sonra isə o, idman klubunda işləməyə başlayır. Burada Baffet pinbol oyunu üçün olan avtomata nəzarət edirdi.

T. Bun Pikens həmçinin qazet satırdı
12 yaşında olarkən Pikens qazet paylamağa başlayır. Və o, hər bir qazetə görə 1 sent əldə edirdi.
Beş il ərzinə o, çatdırılmış qazetlərin sayını bir növbəyə görə 28-dən 156-ya qədə yüksəltmişdi. Nəticədə o, $200 toplaya bilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et