Milyarderlər üçün ən cəlbedici sektor bəlli olub | Banco.az

Milyarderlər üçün ən cəlbedici sektor bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

UBS: Energetika milyarderlər üçün ən cəlbedici sektordur.

Banco.az xəbər verir ki, İsveçrənin investisiya bankçılıq nəhəngi “UBS Group” multimilyonçu müştəriləri arasında apardığı sorğuya əsasən bəlli olub ki, əksər milyarderlər ən böyük imkanların energetika sektorunda təqdim edildiyini düşünürlər.

Sözügedən sorğuda respondentlərin 44 faizi enerjinin gələcək investisiya və biznes imkanları baxımından 21 kateqoriya arasında ən cəlbedici olduğunu bildirib.

“UBS Group”un milyarder müştəriləri yaxın 5 ildə enerji sektorunun ən böyük imkanları təqdim edəcəyi ilə bağlı proqnozlarını bölüşüblər.

Sorğuda iştirak edən 50 milyarderin təxminən üçdə biri biotexnologiya, tibbi məhsullar və proqram təminatının da ən cəlbedici sektorlar arasında olduğunu düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sorğu respondentləri Çin istisna olmaqla, Asiya-Sakit Okean regionunun yaxın 5 ildə biznes və investisiya imkanları üçün ən yaxşı bölgə olduğunu deyiblər. Asiya-Sakit Okean regionunu Şimali Amerika və Çin izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et