Milyarderlər günə necə başlayırlar? | Banco.az

Milyarderlər günə necə başlayırlar?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milyarderlərin gündəlik iş rejimi onların necə varlandıqlarına dair məlumatlar verir.

Banco.az dünyanın ən zəngin insanlarının səhər rutinlərini təqdim edir:

Warren Buffett, şübhəsiz ki, ən maraqlı səhər rejimlərindən birinə sahib milyarderlərdən biridir. Səhər saat 6.45-də oyanan Baffet günə iqtisadi xəbərləri oxumaqla başlayır. Berkshire Hathaway investisiya firmasının qurucusu Baffet hər səhər ofisinə gedərkən həmişə McDonald's restoranında dayanır. Yaşının çox olmasına baxmayaraq, məşhur milyarder səhərlər bu restoranda səhər yeməyində yumurta, vetçina və ya hamburger yeyir. Baffetin restoranlar şəbəkəsində payları olduğunu da xatırlamaq yerinə düşər. 

Mark Zukerberq də qeyri-adi səhər rejimi olan zəngin insanlardan biridir. Zukerberq üçün gün 8-də başlayır. Əvvəllər səhərlər qaçışa çıxan Zukerberq indi hər səhər yaxın döyüş idman növü olan MMA və Braziliya döyüş sənəti ciu-citsu ilə məşq edir.  Bundan əlavə, Zukerberq hər səhər Facebook, Instagram və WhatsApp hesablarını da yoxlayır.

Tesla və SpaceX-in baş direktoru Elon Musk üçün bir gün milyarderin səhər 7-də oyanması ilə başlayır. Mask səhər saat 7:30-a qədər iş e-poçtlarını yoxlayır və lazım bildiklərini cavablandırır, duş qəbul edir və saat 8:00-da işə başlayır. Adətən səhər yeməyini atlayan Musk adətən saat 10-da mühüm görüşlərə,  tədbirlərə gedir. 

Ən sərfəli kredit üçün müraciət et

Amazon-un qurucusu Jeff Bezos günə hər səhər nişanlısı Laura Sanchez ilə bir fincan qəhvə arxasında söhbət etməklə başlayır. Digər tərəfdən Bezos günün önəmli xəbərlərini telefonu ilə oxumağı da unutmur. Qəhvə və söhbətdən sonra Bezos gündəlik məşqləruni edir.

2011-ci ildən Apple şirkətinin baş direktoru olan Tim Kuk səhərə tezdən başlayan milyarderlər arasındadır. Kuk gününə səhər saat 4-də başlayır. Kuk əvvəlcə iş e-poçtlarını yoxlayır, sonra duş qəbul edir və səhər idmanını etdikdən sonra səhər yeməyi yeyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et