Koç ailəsinin “Koç Holdinq”də sahib olduqları 107 milyon TL nominalındakı səhmlərinin satışı baş tutub.
Fortune-yə istinadən xəbər verilir ki, səhm satışından sonra ailənin "Koç Holdinq AŞ"-də sahib olduğu səhmlər yenidən bölüşdürülüb. Mustafa Rahmi Koç şirkətdə 76 milyon 785 min TL nominalında 3.03 faiz, Suna Kıraç 91 milyon 790 min 523 TL nominalında 3.62 faiz, Mehmet Ömər Koç 18 milyon 647 min 977 TL nominalında 0,74 faiz, Yıldırım Ali Koç 35 milyon 274 min 112 TL nominalında 1.39 faiz paya sahiblənib. Mustafa Vehbi Koçun varislərinə aid səhmlər 61 milyon 521 min 417 TL nominalında - 2.43 faiz olub.
Şirkətdən açıqlanan məlumata görə, səhmlərin satışından sonra Koç ailəsinin üzvlərinin səhm payı 64.29 faiz təşkil edib. Holdinqin xalqa açıq səhmləri 26.46 faizə yüksəlib.
Mənbə: Oxu.az