2019-cu ilin May ayında kredit təşkilatlarının kredit qoyuluşları 186,6 milyon manat artaraq 13 milyard 198 milyon manata çatıb.
Aprel ayının sonu ilə müqayisədə Mayda milli valyutada cəmi kreditlər 173,9 milyon manat artaraq 8 milyard 541,9 milyon manata, xarici valyutadakı kreditlər isə 12,7 milyon manat artaraq 4 milyard 656,1 milyon manata yüksəlib.
İlk 5 ay ərzində isə milli valyutada cəmi kreditlər 468,3 milyon manat artıb, xarici valyutada cəmi kreditlər isə 290,6 milyon manat azalıb.
Marja