Milli valyutada 113 milyon artıb, xarici valyutada 15 milyon azalıb | Banco.az

Milli valyutada 113 milyon artıb, xarici valyutada 15 milyon azalıb

2019-cu ilin İyun ayında fiziki şəxslərin banklardakı əmanətləri 113,4 milyon manat artaraq 8 milyard 736,2 milyon manata çatıb.

May ayının sonu ilə müqayisədə İyunda milli valyutadakı əmanətlər 128,5 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 15,1 milyon manat azalıb.

 

DOLLARLAŞMA AZALIB

İyunun sonunda fiziki şəxslərin əmanətlərinin 43,5%-i milli valyutada, 56,5%-i xarici valyutada olub. Mayın sonunda fiziki şəxslərin cəmi əmanətlərinin 42,6%-i milli valyutada, 57,4%-i xarici valyutada idi. Qeyd edək ki, devalvasiyalardan sonra əmanətlərdə dollarlaşma 80%-i aşmışdı. 

 

ARTIM TƏLƏBLİ ƏMANƏTLƏRDƏKİ ARTIMDAN QAYNAQLANIR

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə isə, 30.06.2019-cu il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib.  Mayın sonunda cəmi əmanətlər 8 milyard 527.6 milyon manat təşkil etmişdi (İyunda 106,2 milyon manat artım). İyunda cəmi əmanətlərdəki artımın səbəbi tələbli əmanətlərin 149,6 milyon manat artmasıdır.

Mayın sonunda 3 milyard 146.8 milyard manat təşkil etmiş tələbli əmanətlər İyunun sonunda 3 milyard 296.4 milyon manata çatıb. İlk 6 ayda isə tələbli əmanətlər 505,7 milyon manat artıb. 30 İyun 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) müddətli əmanətləri isə 5 milyard 337.4 milyon manat təşkil edib. Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 128,4 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 141,6 milyon manat azdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et