Milli Məclis 13 məsələyə görə toplanır | Banco.az

Milli Məclis 13 məsələyə görə toplanır

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.

Milli Məclisdən verilən məlumata görə, bugünkü iclasın gündəliyinə 13 məsələ daxildir.

Bura "Lisenziyalar və icazələr haqqında", "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında",  “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələri daxildir.

Layihələr II və III oxunuşda müzakirə ediləcək.