Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb | Banco.az

Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr və sədr müavini təyin edilib.

Bunlar, Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili audit departamentinin direktoru Elçin Əlizadə (sədr) və Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır (sədr müavini).

Onlar MDM-in rəhbərliyində müvafiq olaraq AMB-nin Baş direktoru Əli Əhmədovu və Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılovu əvəz edib.

MŞ-nın digər 2 üzvü isə əvvəlki qaydada “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin direktoru Nadir Babazadə və "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Satış və treydinq bölməsinin rəhbəri Elçin Məmmədovdur.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et