Milli Depozit Mərkəzinin dövriyyəsi 20% azalıb | Banco.az

Milli Depozit Mərkəzinin dövriyyəsi 20% azalıb

Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-iyul aylarında 2 079 əqd dövlət qeydiyyatına alınıb.

“Report” MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 405 ədəd və yaxud 24,2% çoxdur.

İlk 7 ayda qeydə alınmış əqdlərin 67,1%-i və yaxud 1 394-ü birjada, 12,5%-i və yaxud 260-ı birjadankənar, 20,4%-i və 425-i isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 9,8% dəfə və yaxud 124 ədəd, birjadankənar əqdlərin sayı 39,8% və yaxud 74 ədəd, əlavə emissiya əqdlərinin sayı isə 95% dəfə və yaxud 207 ədəd artıb.

Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 3 719 789 931 manat olub. Bu, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 19,5% və yaxud 900 332 525 manat azdır.

Ən sərfəli kredit üçün müraciət et

Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 13,36%-i və yaxud 496 930 561 manatı birjada, 12,67%-i və yaxud 471 156 775 manatı birjadankənar, 73,97%-i və yaxud 2 751 702 595 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 4,13 dəfə və yaxud 376 590 616 manat, birjadankənar dövriyyə 3,54 dəfə və yaxud 337 957 521 manat artıb, əlavə emissiya dövriyyəsi isə 37% və yaxud 1 614 880 662 manat azalıb.

Bu ilin ilk 7 ayında MDM 18 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 47% və yaxud 16 vahid azdır.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir.

Ən sərfəli krediti almaq üçün müraciət et