"Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsi problemin həlli yolu deyil". Bunu Milli Məclisin bu gün keçirilən Plenar iclasında millət vəkili Elmira Axundova deyib.
O, bank faizlərinin yüksək olmasından şikayətlənib. "Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir", - deyə E.Axundova vurğulayıb.
Mənbə: Apa.az