Müəllif: Mehin Qasımova/Banco.az
Rusiya "Uzaq Şərq" marşrutu ilə Çinə qaz nəqlinə 2027-ci ildə başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə Qazprom enerji holdinqinin rəhbəri Aleksey Miller deyib.
Miller bildirib ki, Çində yeni boru kəmərinin ümumi ötürmə qabiliyyəti on milyard kubmetr qiymətləndirilir:
"Uzunmüddətli perspektivdə, yeni marşrut başa çatdıqdan sonra Rusiya Çinə hər il təxminən 48 milyard kubmetr təbii qaz tədarük edə biləcək.
Müqayisə üçün qeyd edək ki, "Sibirin Gücü" boru kəmərinin layihə gücü 2025-ci ilə qədər təxminən 38 milyard kubmetr olmalıdır. Biz Uzaq Şərqdən qaz kəmərinin çəkilməsi ilə bağlı qüvvəyə minən yeni saziş imzaladıq. Bizim son tariximiz 2027-ci il - Uzaq Şərq marşrutu üzrə çatdırılmaların başlanğıcıdır”.
Bizi sosial şəbəkələrdən izləyin!!