Millenialların fikrincə dünyanın 10 qlobal problemi | Banco.az

Millenialların fikrincə dünyanın 10 qlobal problemi

Global Shapers Survey 2017 adlı Ümumdünya İqtisadi Forumun sorğusunda iştirak etmiş millenialların (1981-ci ildən sonra anadan olmuş nəsil) fikrincə iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir.

Sorğuda iştirak etmiş insanların demək olar ki, yarısı (48.8%) düşünür ki, iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir. 78.1% insan isə qeyd edib ki, onlar, ətraf mühitin qorunması naminə həyat tərzlərini dəyişdirmək istəyirlər. Sorğuda iştirak etmiş insanlar, iqlim dəyişikliyi səbəbi ilə bağlı bir açıqlama verməsələr də, onların 91%-i, insanların bu iqlim dəyişikliyinə səbəb olduqlarını bildirib. Bu cür nəticələr, Ümumdünya İqtisadi Forumtərəfindən hər il keçirilən sorğu nəticəsində məlum olub. Sorğu isə 186 ölkədə 18-35 yaş arası 31.000-dən çox insan ətrafında aparılıb. Sözügedən 10 ciddi qlobal problemi sizlərə təqdim edirik.

1. İqlim dəyişikliyi (48.8%)

2. Silahlı münaqişələr (38.9%)

3. İqtisadi bərabərsizlik, diskriminasiya (90.8%)

Ən sərfəli kredit üçün müraciət et

4. Kasıblıq (29.2%)

5. Dini münaqişələr (23.9%)

6. Hökumətin cəmiyyət qarşısında cavab verməsi, rüşvət (22.7%)

7. Yeyinti məhsullarının və suyun təhlükəsizliyi (18.2%)

8. Təhsilin olmaması (15.9%)

9. Şəxsi təhlükəsizliyə olan təhlükələr (14.1%)

10. İqtisadi imkanların olmaması və işsizlik (12.1%)

Mənbə: Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et