Milanda gecə yarısından sonra bu qidaların satışı qadağan ediləcək | Banco.az

Milanda gecə yarısından sonra bu qidaların satışı qadağan ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

İtaliyanın Milan şəhəri gecə yarısından sonra yeməklərin, o cümlədən pizza, dondurma və içkilərin satışını qadağan edən qanun layihəsi təklif edib.

Banco.az xəbər verir ki, müvafiq qanun layihəsi İtaliya şəhərinin administrasiyası tərəfindən irəli sürülüb.

“Məqsəd ünsiyyət və əyləncə, eləcə də sakinlərin dincliyi və əmin-amanlığı arasında balans tapmaqdır”, - şəhərin mer müavini Marko Qranelli bildirib.

Qanun layihəsi qəbul olunarsa, may ayından noyabr ayına kimi iş günləri saat 00:30-dan, həftə sonları isə saat 01:30-dan açıq havada yemək və içkilərin satışı qadağan ediləcək.

İtalyanların mayın əvvəlinə qədər apellyasiya şikayəti vermək və qanuna dəyişikliklər təklif etmək vaxtı var.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2013-cü ildə hakimiyyət artıq belə bir qanun tətbiq etməyə çalışsa da, etirazlarla üzləşib. Qalmaqal fonunda şəhər meri Culiano Pisapia istefa verməyə məcbur qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et