İtaliyanın Milan şəhərində "EXPO-2015" ümumdünya sərgisi çərçivəsində "Azərbaycana investisiyalar: biznes mühiti və imkanlar" forumu keçiriləcək.
Banco.az "Report"a istinadən xəbər verir ki, Forum avqustun 25-də Azərbaycanın sərgi pavilyonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunacaq.
Tədbirdə АzPromo-nun rəhbərliyi, eləcə də bir sıra digər şəxslərin iştirakı gözlənilir. Onlar Azərbaycana sərmayə qoyuluşunun imkanları və üstünlükləri haqqında bəhs edəcəklər.
Qeyd edək ki, "EXPO-2015" ümumdünya sərgisi Milanda mayın 1-də açılıb və oktyabrın 31-dək davam edəcək.
Azərbaycan pavilyonunun açılışı Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.