Mikro kredit verən banklar- SİYAHI | Banco.az

Mikro kredit verən banklar- SİYAHI

Məqsədindən (təyinatından) asılı olaraq kreditləri bir neçə qrupa bölmək olar. Amma ümumilikdə kreditləri istehlakbiznes (kommersiya) kreditləri olmaqla iki hissəyə ayıra bilərik.

Biznes kreditləri  - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

İstehlak kreditləri isə - siz avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.

İstehlak kreditləri yeni dəyər yaratmır. Onlar sadəcə insanla hər hansı bir ehtiyacını qarşılmağa kömək edir.

Biznes kreditləri isə yeni dəyər yaradır, iqtisadiyyatın yüksəlişinə töhfə vermiş olur.

Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.

Mikro kreditlər

Mikro kreditlər daha kiçik məbləğli olub, kiçik təsərrüfat ilə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır.

Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Aşağıdakı cədvəldə mikro kredit verən bankların siyahısını sizlərə təqdim edirik:

 

 Bankın adı

Mikro kreditin həcmi

Müddət

İllik faiz dərəcəsi 

AccessBank

500-50 000 AZN

6-60 ay

19%-29%

AFB Bank

1000-50 000 12/24 ayadək 26%-28%

AG Bank

500 - 15 000 3-36 ay 23%

Bank of Baku

500-20 000 AZN

3-24 ay

26%-30%

Amrahbank

300 -20 000 AZN

36 ayadək

22%-28%

Unibank

500-50 000 AZN

6-48 ay

5%-dən başlayaraq

Bank Respublika

500-50 000 AZN

36 ayadək

11%-dən başlayaraq

VTB Bank

25 000 -100 000 AZN (USD,EUR)

48 ayadək

16%-dən başlayaraq 

Express Bank

1 000-70 000 AZN

42 ayadək

22%-30%

NBC Bank

100 000 AZN-dək 1- 36 ay 22%-25%

Nikoil Bank

500 - 30 000 AZN 6-36 ay 25%

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et