Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir.
Bu, dövlət başçısının bu gün imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli qanunun tətbiqi və “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 26 iyun 2018-ci il tarixli fərmanda dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunun tətbiq edilməsi barədə” 4 avqust 1999-cu il tarixli fərmanın ləğv edilməsi haqqında fərmanda öz əksini tapıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!