Mikayıl Cabbarov Özbəkistan prezidenti ilə görüşüb | Banco.az

Mikayıl Cabbarov Özbəkistan prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə nazir özü məlumat verib.

"Qəbulda Prezident İlham Əliyevin salamlarını çatdırdıq. İki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. İki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır", - deyə o, qeyd edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et