Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub" | Banco.az

Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"

Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf və şəhər bağlantıları sahəsində əldə etdiyi nailiyyətlər insanların rifahının yüksəldilməsində mühüm rol oynayıb: "Şəhərlərin iqtisadi inkişafı ilə əlaqələndirilməsi insanların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əsas məqsədlərdən biridir. Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişəsini həll edən ölkələrdən biridir. Prezident İlham Əliyevin dünən, xarici işlər naziri Ceyhun Bayramovun isə bu gün qeyd etdiyi kimi, Azərbaycan bu istiqamətdə fəal fəaliyyət göstərir".