“Microsoft”un xalis mənfəəti azalıb | Banco.az

“Microsoft”un xalis mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft”un xalis mənfəəti ötən ilin oktyabr-dekabr dövründə 12 faiz azalıb.

Banco.az xəbər verir ki, oktyabr-dekabr dövrünü maliyyə təqviminin ikinci rübü kimi qəbul edən “Microsoft” firması balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin gəlirləri ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 52,7 milyard dollara çatıb. “Microsoft” 2021-ci ilin iyul-sentyabr dövründə 51,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkət bu dövrdə 2016-cı ilin iyununda başa çatan rübdən bəri ən aşağı gəlir artımını qeyd edib.

“Microsoft”un xalis mənfəəti isə sözügedən dövrdə 12 faiz azalaraq 16,4 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,8 milyard dollar hesablanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətin səhm üzrə qazancı da bu müddət ərzində 2,48 dollardan 2,20 dollara qədər azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et