“Microsoft”un xalis mənfəəti 11% artıb | Banco.az

“Microsoft”un xalis mənfəəti 11% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Microsoft” şirkəti birinci maliyyə rübündə xalis mənfəəti 11%, gəliri 16% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, 30 sentyabrda başa çatan rübdə xalis mənfəət əvvəlki ilin eyni dövründəki 22,29 milyard dollarla müqayisədə 24,7 milyard dollar olub.

Ötən rübdə “Microsoft” bulud xidmətlərinin ümumi gəliri 22% artaraq 38,9 milyard dollar təşkil edib. “Azure” və server proqram təminatı biznesinin daxil olduğu “Intelligent Cloud” bölməsindən əldə edilən gəlir 20% artaraq 24,1 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə Ofis proqram paketini inkişaf etdirən Məhsuldarlıq və Biznes Prosesləri bölməsi gəlirini 12% artıraraq 28,3 milyard dollara çatdırıb. Bura həmçinin gəliri 10% artan “LinkedIn” sosial şəbəkəsi də daxildir.

Şirkət cari rübdə “Azure” və digər bulud xidmətlərindən gəlir artımının 31-32%-ə qədər yavaşlamasını gözləyir.

Qeyd edək ki, çərşənbə günü əlavə ticarətdə “Microsoft”un səhmləri 3,7% ucuzlaşıb. İlin əvvəlindən onların dəyəri 15% artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et