"Microsoft"un gəlirləri artım göstərib | Banco.az

"Microsoft"un gəlirləri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Microsoft”un əldə etdiyi gəlirlər aprel-iyun dövründə artıb.

Banco.az xəbər verir ki, maliyyə təqvimində aprel-iyun dövrünü IV rüb kimi qəbul edən “Microsoft” balans hesabatını açıqlayıb.

Hesabatda qeyd olunub ki, şirkətin gəlirləri aprel-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 56,2 milyard dollara çatıb. “Microsoft” 2022-ci ilin eyni dövründə 51,9 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə sözügedən dövrdə 20 faiz artaraq 20,1 milyard dollar hesablanıb. Ötən ilin eyni dövründə bu göstərici 16,7 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et