Müəllif: Mehin Qasımova /Banco.az
Microsoft, ABŞ Daxili Gəlir Xidmətindən (IRS) 28,9 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş aldığını açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi məlumatda öz əksini tapıb.
Açıqlamada bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu və bu çərçivədə IRS-in Microsoft-dan əlavə vergi ödəməsini tələb etdiyi qeyd edilib.
Şirkətin IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.
Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb və 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!