“Microsoft” yüzlərlə işçisini ixtisar edəcək | Banco.az

“Microsoft” yüzlərlə işçisini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Microsoft” şirkəti video oyun bölmələrində çalışan 650 işçisini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” bölmənin rəhbəri Fil Spenserin məktubuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ixtisarlar əsasən korporativ və dəstək vəzifələrində çalışan işçilərə təsir edəcək. Bununla belə, bu dəyişikliklərin bir hissəsi olaraq heç bir oyun, cihaz və layihə ləğv edilməyəcək və ya studiyalar bağlanmayacaq.

Bildirilir ki, bu, “Microsoft”a uzunmüddətli uğur üçün öz biznesini təşkil etməyə imkan verməlidir. 

Qeyd olunub ki, ixtisarların çoxu “Microsoft”un keçən il 68,7 milyard dollara aldığı “Activision Blizzard”ın işçilərinə təsir edəcək. Şirkət cari ilin əvvəlində də 1900 işçini ixtisar etmişdi. 2024-cü ilin əvvəlindən etibarən oyun sənayesində ümumilikdə 11 mindən çox insan işini itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et