Microsoft yoxsa Google? - 3 il sonra nəhayətki.. | Banco.az

Microsoft yoxsa Google? - 3 il sonra nəhayətki..

Microsoft son üç ildə ilk dəfə bazar payına görə Google şirkətini üstələdi. Bu haqda məlumatı CNBS xəbər agentliyi paylaşıb.

Qeyd olunan məlumata görə, Microsoftun bazar payı 760 milyard dollar təşkil edərkən Alphabet (Google-a məxsus şirkət) 745 milyard dollara sahib olub. Siyahıya isə 921 milyard dollarla Apple, 788 milyard dollarla Amazon başçılıq edir. 2015-ci ildən siyahıda üçüncü yeri tutan Alphabet artıq bu ildən öz yerini Microsofta verməyə məcbur olub.

Ən sərfəli kredit üçün müraciət et

Son beş ildə yeni CEO Sathy Nadellanın idarəni ələ alması şirkətin iki dəfə böyüməsinə şərait yaradıb. O, şirkətə gəlir gətirən bir sıra şeylərdə dəyişiklik etməklə irəliləyişə nail ola bilib. Santhy süni zəkanın proqram təminatı satışında və bulud texnologiyasında bəzi dəyişikliklər etməklə buna nail oldu. Bundan əlavə 2018 mart ayında Microsoft şirkəti Windows-un inkişafı üçün xüsusi tədbirlər həyata keçirdi.

Nəcibə Yusifova, banco.az