Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft” şirkəti itməkdə olan mədəniyyət və dili xilas etmək məqsədi ilə yeni şrift təqdim edib.
Banco.az xəbər verir ki, Qərbi Afrikadakı Fulani xalqının Pulaar dili rəqəmsallaşdırılmadığından tamamilə yox olmaq təhlükəsi ilə üzləşdiyindən İbrahim və Abdullah Barri qardaşlarının bu yazını qorumaq istəyi onların həyatlarının bir hissəsinə çevrilib.
Sözügedən cəmiyyətin mədəniyyətini qorumaq məqsədilə “Microsoft” şirkəti və yaradıcı agentliyi “McCann New York” texnologiya nəhənginin məhsul xəttinə dilin ilk yazılı əlifbasını əlavə etmək üçün qardaşlarla əməkdaşlığa başlayıb.
Maraqlıdır ki, 40 milyondan çox insanın danışdığı Pulaar dili heç vaxt yazıya alınmayıb və ilk dəfə 1989-cu ildə qardaşlar tərəfindən zəhmətlə yazıya köçürülüb.
“Microsoft”da "ADLaM Display" adlandırılan dil "mədəniyyətin, insanların yox olmasına mane olacaq əlifba" mənasını verən "Alkule Dandayde Leñol Mulugol" sözünün abbreviaturası olaraq seçilib. Bundan əlavə, “Microsoft” orijinal rəqəmsallaşdırma səylərini gücləndirərək şrifti standartlaşdırıb.
Qeyd edək ki, “ADLaM Display” ilk dəfə 2016-cı ildə Unicode 9.0-a daxil edilib və hazırda onu yükləmək mümkündür. Tezliklə Microsoft 365-də bütün istifadəçilər üçün əlçatan olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!